Astanada Qazaxıstanın keçmiş iqtisadiyyat naziri yerli restoranlardan birində mübahisə zamanı həyat yoldaşını döyərək öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə dünən, noyabrın 9-da baş verib.
Bildirilir ki, Səltənət Nukenova həkimlər gələnə qədər dünyasını dəyişib. Keçmiş nazir Kuandıq Bışımbayev saxlanılıb.