Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ümumi sahəsi 56 m² olan evin eyvanının tavanı 20 m² sahədə və çardağı yanıb.

"Unikal" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***23:30

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğın Mühafizə Hissəninin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.