Fələstinin HƏMAS radikal hərəkatı oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülən girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə adı açıqlanmayan fələstinli rəsmiyə istinadən Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın qərarı Qəzza zolağının şimalında yerləşən Əl-Şifa xəstəxanası ilə bağlı İsrailin hərəkətləri ilə bağlıdır. Agentlik başqa təfərrüatları açıqlamır.