“Bir daha gördük ki, ölən müsəlmanlar olanda Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar fəaliyyətsiz və kor olur. İkinci Dünya Müharibəsindən sonra yaradılan təşkilatın yenilənməsi artıq çox vacibdir. Birləşmiş Millətlər Təşkilatında daimi üzvlük və veto sistemi dəyişdirilməlidir''

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Səudiyyə Ərəbistanında keçirilən birgə fövqəladə sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, Qəzza Fələstin xalqının torpağıdır və Amerika Birləşmiş Ştatları bunu qəbul etməlidir.
Prezident Ərdoğan deyib: “Əgər ABŞ prezidenti Co Baydenin “Qəzza Fələstin xalqının deyil, bu torpaqlar İsraildir” deyə  bir yanaşması varsa bu mövzuda razılığa gələ bilmərik. Həmasa  terror təşkilatı deməyimizi istəyirlər. Xeyr, terror təşkilatı deyil. Torpaqlarını qorumaq üçün mübarizə aparan, vətənləri üçün mübarizə aparan insanlardır".

Beynəlxalq ictimaiyyətin indi Qəzzada törədilən qətliamlara qarşı hərəkətə keçməli olduğunu deyən Türkiyə Prezidenti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu məsələdə bir daha fəaliyyətsiz olduğunu qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, problemin həlli üçün ən uyğun təklifləri verən ölkə Türkiyədir.

"Bu coğrafiyada Türkiyəyə baxmayaraq plan qurmaq mümkün deyil. Bizim mövqeyimiz, münasibətimiz, dəyərlərimiz və prinsiplərimiz bəllidir. Türkiyə regiondakı böhranları və problemləri həll etmək üçün kritik əhəmiyyətə malik ölkədir. Coğrafiyamızdakı bütün ölkələr ilə görüşə bilən, toqquşan və döyüşən tərəfləri bir masa arxasında toplaya bilən yeganə ölkə Türkiyədir''.

Ərdoğan İsrailin Qəzzaya etdiyi son hücumlarla beynəlxalq ictimaiyyətin dəstəyini itirdiyini bildirib.