"Liverpul"un ulduzu Mohamed Salah İngiltərə klublarının forması ilə 200-cü qolunu vurub.
"Unikal" xəbər verir ki, misirli futbolçu buna Premyer Liqanın "Brentford"la oyununda nail olub. 31 yaşlı hücumçu 3-0 hesabı ilə bitən qarşılaşmada dubla imza atıb.
Qeyd edək ki, Mohamed Salah "Liverpul"un heyətində meydana çıxdığı oyunlarda 198, "Çelsi"nin forması ilə 2 qol müəllifi olub.