2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində Uruqvay və Argentina milliləri qarşılaşacaq.
"Unikal" xəbər verir ki, Uruqvay yığmasının yarımmüdafiəçisi Federiko Valverde qarşılaşma ilə bağlı açıqlama verərkən Messini xüsusi vurğulayıb.
"Mən Messini necə dayandıracağımı bilmirəm, bunu heç vaxt bacarmayacağam, o, dünyanın ən yaxşı oyunçularından biridir" - deyə Valverde bildirib.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-si keçiriləcək.