Qarşıdan qış gəlirsə, xəstəliklərdən özümüzü qorumalı, immunitetimizi güclü tutmalıyıq. Bunun üçün də şəfalı bitkilər köməyimizə çatacaq.

"Unikal" xəbər verir ki, 26 noyabr saat 11:00-da "Dreamland Herbal Garden"in sehrli bitkilərindən çayların hazırlanması üzrə ustad dərsi keçiriləcək.

"Dreamland White Hall"da keçiriləcək ustad dərsimiz bitki astrologiyası üzrə mütəxəssis, kənd təsərrüfatı mühəndisi və məsləhətçisi Mine Pakkanerin təqdimatında baş tutacaq. Hər birinizi bu tədbirdə gözləyirik! 

Qeyd edək ki, yerlərimiz məhduddur və ödəniş 30 AZN təşkil edir.

Əlavə məlumat üçün: +994 55 414 41 71