İngiltərədən yola düşəcək “Paris-2024” Yay Paralimpiya Oyunlarının məşəli La Manş dənizaltı tuneli vasitəsilə Fransa ərazisinə daxil olacaq və 50 şəhərdən keçərək açılış mərasiminə çatdırılacaq.
"Unikal" xəbər verir ki, Paralimpiya məşəli ilk olaraq Fransanın Kale şəhərinə gətiriləcək. 2024-cü il avqustun 25-dən 28-dək təşkil olunacaq estafetdə 1000 nəfər iştirak edəcək.
Paralimpiya Oyunları üçün başlanğıc nöqtə 1948-ci ildə İkinci Dünya müharibəsinin əlilləri və şikəstləri üçün ilk yarışın keçirildiyi və Paralimpiadanın beşiyi hesab olunan London ətrafındakı Stok Mandevil kəndidir. Məşəl avqustun ortalarında orada alovlandırılacaq və La Manş tuneli estafetin rəmzi başlanğıcı olacaq. İlk gündə məşəl Kale şəhərinə gətiriləcək. Burada daha 12 məşəl alovlandırılacaq və Fransanın transsərhəd şəhərlərindən keçəcək. Bundan sonra estafet Paris istiqamətində davam edəcək. Avqustun 28-də məşəl Konkord meydanında açılış mərasiminə çatdırılacaq.
Estafetin şərtləri və kapitanları Olimpiya Oyunları ilə eynidir. Hər 200 metrdən bir məşəl daşıyıcısı dəyişəcək