İtaliyanın “Napoli” futbol klubunun rəhbərliyi fransalı məşqçi Rudi Qarsiya ilə yollarını ayırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, 2009-2013-cü illərdə komandaya rəhbərlik edən 62 yaşlı Valter Madzarri “Napoli”nin yeni baş məşqçisi təyin edilib. İtalyan mütəxəssisin son klubu 2021/22 mövsümünün sonunda tərk etdiyi “Kalyari” olub.