Rusiya polisi və xüsusi çevik qüvvələri Voronej şəhərində yerləşən restoranların birində azərbaycanlıların keçirdiyi məclisə basqın edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Fort” restoranında qeydə alınıb.
Bildirilir ki, polis məclisdə iştirak edən şəxslərin sənədləri yoxlayıb, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verib.
Rusiya KİV-i yazır ki, restoranda azərbaycanlılar kriminal avtoritet olan həmyerlilərindən birinin ad gününü qeyd edirmişlər.
Xatırladaq ki, oktyabrın sonunda Sankt-Peterburqda azərbaycanlıların toy keçirildiyi yerə polis gəlib və orada bütün iştirakçıların sənədlərini yoxlamağa başlayıb. Beş nəfər Rusiyadan deportasiya edilmək üçün saxlanılıb.
Gülayə Mecid