Sabah güclü rəqiblə qarşılaşacağıq. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq".
"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi rəqibin keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildirib: "İsveç iddialı komanda olsalar da, məqsədimiz yalnız qələbədir. Səfərdəki qarşılaşmada yaxşı oyun nümayiş etdirə bilməmişdik. Bu isə komandaya pis təsir etmişdi. Top daha çox bizdə oldu, 60-cı dəqiqəyə qədər yaxşı müdafiə olunduq, amma ağır məğlubiyyətlə üzləşdik. Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.