Sumqayıt şəhərində yeniyetmə itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə 20-ci məhəllədə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qaraşova Alagöz Oktay qızı yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.