Çinin şimalındakı Şansi əyalətində kömür mədəni müəssisəsinin binasında güclü yanğında ölənlərin sayı artıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 25 nəfər ölüb.

***09:09

Çinin Şansi əyalətində kömür zavodunda güclü yanğın baş verib, 11 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, insident noyabrın 16-da səhər saatlarında Liulian şəhərində baş verib. Yanğın Lişi rayonunda yerli kömür mədəni şirkəti "Yongju Coal Industry"nin binasını əhatə edib.

Yanğınsöndürənlər tərəfindən yanan binadan ümumilikdə 63 nəfərin təxliyə edildiyi bildirilir. Onlardan 51 nəfərin tibbi yardıma ehtiyacı olub və onlar xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbləri müəyyənləşdirilir.

Seymur Əli