“Sumqayıt”ın baş məşqçisi Samir Abasov cəzalandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra baş verənlər səbəb olub. Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb.
O, sentyabrın 19-da təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza da qüvvəyə minib. O, bu cəza əvvəlkinin üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun diskvalifikasiya edilib. “Sumqayıt” isə 1000 manat cərimə edilib.