Sabirabadda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı rayonun Qəfərarxı kəndinin sakinləri, 2014-cü il təvəllüdlü Mahmudova Səma Namiq qızı, 1959-cu il təvəllüdlü Mahmudova Gülayə Xanoğlan qızı, 1957-ci il təvəllüdlü Mahmudov İmanağa Xanoğlan oğlu, 1960-cı il təvəllüdlü Mahmudov Həqiqət və 1986-cı il təvəllüdlü Həsənov Rəsul müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Faktla bağlı araşdırma aparılır.