Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vuran veteran futbolçular təltif edilib.
"Unikal" xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən oyundan əvvəl Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov, Rahid Əmirquliyev və millidəki karyerasını bitirən Riçard Almeydaya plaket və Azərbaycan millisinin forması verilib.