Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 64 milyard 341,6 milyon manat təşkil edib.
"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 12,5 % artaraq 6 339 manata çatıb.