Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü Dövlət Yol Polisi tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən "Unikal"a bildirilib ki, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə müraciət daxil olub.
Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücünün T.Təhməzov olduğu müəyyənləşdirilib və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.