Gəncədə qadını minik maşını vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, "Renault Megane" markalı minik maşını yolu keçmək istəyən 1953-cü il təvəllüdlü Ruqiyyə Babayevanı vurub.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov