19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Niderland yığması ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində 86-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.

U-19 seçmə mərhələdə son oyununu noyabrın 21-də, saat 21:00-da meydan sahibi Lüksemburq yığmasına qarşı keçirəcək.