“Neftçi” ilə oyunda meydanda xoş əhvali-ruhiyyə var idi. Bakı klubuna bu oyuna görə təşəkkür edirəm.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın “Zenit” klubunun baş məşqçisi Sergey Semak “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
“"Neftçi" Azərbaycanda ən çox azarkeşi olan klublardan biridir. Klub legionerlərin transferi ilə daha da təkmilləşib. Bunun sayəsində mübarizənin aydın hiss olunduğu bir oyun izlədik”, - S.Semak bildirib.
On doqquz il əvvəl Bakıya futbolçu kimi gəldiyini söyləyən rusiyalı çalışdırıcı Ruslan Abışovun vida matçına çıxmasından da danışaraq deyib: “O, vurduğu qollar və məhsuldar ötürmələri ilə keyfiyyətli oyunçu olub. Bunlar azarkeşlərin xatirəsində daim qalacaq”.
"Bizim futbolçularımız isə yaxşı oyun nümayiş etdirə bilmədilər. Buna baxmayaraq, bu oyun gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Belə komandalarla əməkdaşlıq etdiyimizə görə çox şadam. Ümid edirəm ki, bu matç Rusiya və Azərbaycan futboluna töhfə verəcək”, - “Zenit”in baş məşqçisi qeyd edib.