İngiltərənin "Everton" klubu Premyer Liqada daha 9 xal itirmək riski ilə üzləşib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Belə ki, “Lids”, “Lester” və “Bernli ” ötən mövsüm Premyer Liqanı tərk etmələri ilə əlaqədar 300 milyon avroluq maliyyə itkiləri ilə bağlı "Everton"u məhkəməyə verməyi planlaşdırır .
Onların mövqeyinə görə, əvvəlki mövsümlərin birində "Everton"un xalları alınsaydı, sözügedən klubların aşağı liqaya düşməsi baş verməzdi. Məhkəmə şikayət edən klubların istəyini nəzərə alsa, Liverpul təmsilçisinin sahibləri bu məbləği ödəyə bilməyəcək. Belə olan halda, klubun daha 9 xalı silinəcək.
Qeyd edək ki, noyabrın 17-də Premyer Liqa maliyyə feyr-pleyini pozduğuna görə "Everton"dan 10 xalı silib.