Noyabrın 18-də futbol üzrə Fransa yığması “Avro-2024”ün növbəti oyunları çərçivəsində öz meydanında Cəbəllütariq komandasını qəbul edib.

"Unikal" xəbər verir ki, bu matçda Fransa futbolçuları rəqibin qapısında 14 top keçiriblər – 14:0. Mbappenin hettrik etdiyi oyunda Jiru və Koman dublla yadda qalıblar.

Beləliklə, bu, Fransanın tarixində ən böyükhesablı qələbəsi olub.