Fransa millisi və "Atletiko"nun futbolçusu Antuan Qrizman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 32 yaşlı hücumçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır.
Klub Qrizmana Madrid klubunda qazandığından 3 dəfə artıq maaş vermək istəyir. "Qırmızı şeytanlar" yanvar ayında ulduz futbolçunun transferinə çalışacaq.