İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.

"Unikal" xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə keçirilən oyundan sonra açıqlayıb.

2016-cı ildən skandinaviyalıları çalışdıran Yanne Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını bildirib.