İspaniyanın "Barselona" klubu yarımmüdafiəçi Qavinin 2024-cü il Avropa Çempionatının seçmə mərhələsinin 10-cu turunun İspaniya - Gürcüstan matçında aldığı zədəyə görə FİFA-dan 3 milyondan 4,3 milyon avroya qədər təzminat alacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kompensasiya oyunçunun zədələnməsindən sonra 28-ci gündə yığılmağa başlayacaq və oyunçunun sabit maaşından asılı olacaq. Bir oyunçunun zədələnməsinə görə maksimum kompensasiya illik 7,5 milyon avro və ya gündə 20,548 avrodur. “
"Barsa"ya ödəniləcək ödənişlərin məbləği dekabrın 16-dan hesablanacaq.
Ağarza Elçinoğlu