“Kəpəz” komandasının yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri müəyyənləşib.

Klubdan "Unikal" verilən məlumata görə, 46 yaşlı mütəxəssisə dörd həmyerlisi yardımçı olacaq. İlyas Qurbanov, Zaur Əsədov, Elşad Tahirov və İlkin Verdiyev məşqçilər korpusunda yer alıblar. E. Tahirov qapıçı məşqçi, İ. Verdiyev isə analitik funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, köməkçi məşqçilərlə iki illik müqavilə imzalanıb.