"AbzasMedia"nın direktoru Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başladılıb.
"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. O bildirib ki, hazırda Ülvi Həsənli Xətai Rayon Müvəqqəti Saxlanma Təcridxanasına aparılıb.
Qeyd edək ki, "AbzasMedia"nın direktoru Ülvi Həsənli Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.