Bakıda küçədə kişi meyiti tapılıb.

"Unikal" xəbər verir ki, meyit Nərimanov rayonu, Ş.Əzizbəyov küçəsində aşkarlanıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1974-cü il təvəllüdlü Hüseynov Elşən Musa oğlu olduğu məlum olub.

Meyitə keçirilən baxış zamanı onun bədənində hər hansı xəsarət aşkarlanmayıb.

Araşdırma aparılır.