Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, 77-DH-654 dövlət nömrə nişanlı “Toyota Prius” və “Range Rover” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki avtomobilə və yol infrastrukturuna ziyan dəyib.