Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinləri arasında keçiridikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, son iki gün ərzində qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən vətəndaşlardan 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, eləcə də 1 ədəd “AKMS” markalı avtomat, 1 ədəd həmin silaha məxsus daraq və 20 ədəd patron təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.