“Qarabağ” və “Qəbələ”nin (UEFA Gənclər Liqasındakı iştirakına görə) 2023/2024-cü illər mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar UEFA-nın ayırdığı aşağıda göstərilmiş vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.
"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
“Qarabağ” 403 600 (dörd yüz üç min altı yüz), “Qəbələ” isə 25500 (iyirmi beş min beş yüz) avro irəli düşüb.