AÇ-2024-ün seçmə mərhələsində səfərdə Uelslə 1:1-lik heç-heçə edən Türkiyə yığmasını daşıyan təyyarə Almaniyanın Münhen şəhərinə təcili eniş edib.
"Unikal" xəbər verir ki, buna səbəb yığmanın baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhəti pisləşməsi olub. Ona görə də təyyarə tədbir məqsədilə Münhenə təcili eniş edib.