Lautaro Martineznin "İnter"də qalması böyük ölçüdə həll edilib.
"Unikal" xəbər verir ki, bu barədə "İnter"in baş direktoru Cüzeppe Marotta bildirib.
"Lautaro Martinezin yeni müqaviləsi heç bir sual doğurmur - o, uzun illər bizimlə qalmaq istədiyini də dəfələrlə bildirib. Biz eyni düşünürük, birlikdə davam etmək istəyirik, ona görə də danışıqlar asan olacaq”, – deyə Marotta bildirib.
Qeyd edək ki, argentinalı futbolçu cari mövsüm 16 oyunda 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.