Zaqatalada "Opel" yanıb.

"Unikal" xəbər verir ki, yanğın rayonun Aşağı Tala kəndində  1995 ci il təvəllüdlü Həsənov Elçin Teymur oğluna məxsus minik avtomobilində baş verib. Hadisə yerinə FHN əməkdaşları və texnikalar cəlb olunub. Yanğın məhdudlaşdırılıb.

Yanğın zamanı 99-GS-278  dövlət qeydiyyat nişanlı "Opel" markalı minik avtomabilnin yanar konstruksiyaları tamamilə yanıb. Xəsarət alan olmayıb.

Seymur Əli