"Açıq mikrofon" aksiyası bu gün Quba rayonunda baş tutub.

"Unikal" xəbər verir ki, Xaçmaz RQİİ-nin baş mühəndisi aksiyanın məqsəd və məramını sahibkarlara izah etdikdən sonra söz KOBİA-nın nümayəndəsinə verilib. Kiçik və orta sahibkarlıq subyektlərinə hər zaman dəstəyin göstərildiyini deyən KOBİA nümayəndəsi bundan sonra da bu missiyanın davam etdiriləcəyini bildirib. Ardınca sahibkarlar qaz təchizatında üzləşdiyi problemləri ünvanlayıblar.

Cəfər Qəribov debitor borcun araşdırılmasını, Nağı Cəfərzadə isə ona məxsus obyektin qaz sayğacı ilə təmin olunmasını istəyib. Sahibkarlarla yanaşı, sakinlərin də ünvanladığı müraciətlər Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.