KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Minskdə keçirilən sammitdən sonra bu gün İrəvana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
KTMT-nin baş katibi imzalanmış qərarları İrəvana ötürəcək ki, Ermənistan da onlara qoşulsun.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü iclasda iştirakdan imtina edib.
Ağarza Elçinoğlu