Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində Gəncə Cihazqayırma Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Yağ çəlləklərində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

*** 18:33

Gəncədə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Belə ki, Cihazqayırma zavodunda anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olub.

Əlavə məlumat veriləcək.

Tural Əhmədov