Bir qadın Nyu-York meri Erik Adamsı 1993-cü ildə baş verən cinsi təcavüzdə ittiham edib.
"Unikal" xəbər verir ki, bu barədə ABC News zərərçəkmişin iddiasına istinadən məlumat yayıb.
Qadın Nyu-Yorkun keçmiş cinsi təcavüz qanununa əsasən şikayət edib. Sənəddə Adams, NYPD və iki naməlum şəxs müttəhim kimi göstərilir.
Açıqlamada deyilir ki, Adamsın iddia edilən hadisə zamanı polis kapitanı olub. Özü də şəhər işçisi olan qadının sözlərinə görə, 1993-cü ildə bələdiyyə sədri ona “seksual xarakter daşıyan davranış nəticəsində fiziki, psixoloji və digər xəsarətlər yetirib”.
2022-ci ilin may ayında qəbul edilmiş ştat qanunu, iddia müddəti bitmiş cinsi cinayətlərin qurbanlarına mülki iddia qaldırmağa icazə verir.
Noyabr ayında ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Adamsdan mobil telefonlar və iPad ələ keçiriblər . Bələdiyyə sədri seçki kampaniyası zamanı, o cümlədən Türkiyə hakimiyyət orqanlarından qanunsuz ianələr almaqda şübhəli bilinir .