Amerikalı sahibkar İlon Mask İsrailə səfər edib.

"Unikal" xəbər verir ki, o, səfəri çərçivəsində baş nazir Benyamin Netanyahu ilə birlikdə Qəzza sərhədinə gedib. 

Mask və Netanyahu oktyabrın 7-də Kfaz Azda terrorçularla atışmada öldürülən Şaar HaNegev regional şurasının rəhbəri Ofir Liebsteinin evinə baş çəkiblər. 

***14:46

"SpaceX", "Tesla" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask İsrailə səfər edəcək.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İlon Mask İsrail prezidenti İsxak Hersoq, eləcə də HƏMAS tərəfindən girov saxlanılan şəxslərin ailələri ilə görüşəcək.

Xatırladaq ki, İlon Mask bir müddət əvvəl "Yəhudi icmaları özlərinə qarşı dayandırmağı tələb etdikləri dialektik nifrəti ağdərililərə qarşı təbliğ edirlər" postuna "Siz doğru deyirsiniz" şərhini yazıb.

Gülayə Mecid