Bakı şəhərinin Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin mətbəxində və havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ədəd kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub.

*** 15:13

Bakıda restoranda yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı və havalandırma qurğusunda yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.