Moskva ümid edir ki, Ermənistan zaman keçdikcə KTMT fəaliyyətlərində öz iştirakını tam bərpa edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, qeyd edib ki, hər məsələdə razılığa gəlmək mümkün olmur: "KTMT axtarılan birlikdir. Bütün ölkələr ittifaqın gücləndirilməsi və inkişaf etdirilməsi ilə razılaşır". 

Kreml sözçüsü əlavə edib ki, Rusiya Moskvanı regiondan sıxışdırmaq cəhdlərindən xəbərdardır: "Lakin Rusiyadan başqa heç kim regionda sülh və sabitliyin təminatçısı rolunu oynaya bilməz". 

Ağarza Elçinoğlu