"Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb".

"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, təyinatların yarısı yeni, digərləri isə təkrar olub:

O qeyd edib ki, komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur: “Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki sizə əlillik təyinatı düşmür. Amma insan bununla razılaşmaq istəmir, hüququnu tanıyırıq və gedib 2 aydan sonra yenidən sənədləri ilə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk. Bu gün müharibə ilə bağlı 6300  şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir və ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4021 nəfərə əlillik təyin edilib. Meyarlar keçən il yumşaldıqdan sonra 1700-ə yaxın insanı əlavə olaraq əhatə etdik. Psixi xəstəliklərlə əlaqəli əlillik təyinata gəlincə, 4021 nəfərin 43 %-i məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli vermişik. Səhiyyə Nazirliyinin psixatrları dəvət olunmuşdu və qazilər qəbul edildi. Ümumi əlillik təyinatının 43 %-i məhz psixi pozuntularla bağlı olub. Psixi xəstəliklər üzrə əlavə 32 ağırlaşma dərəcəsi müəyyən etmişdik. Bunun heç birinə uyğun gəlməyən insana təbii ki, qanunvericiliyə zidd olaraq əlillik təyin edilə bilməz".

Anar Kəlbiyev