İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin əsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" hesabında məlumat yayıb.

Qeyd olunub ki, bu barədə tərəflər arasında razılıq əldə olunub.
"Qətər davam edən vasitəçiliyi çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir", - deyə bildirilib.

19:10

Misir İsrail və HƏMAS arasında müvəqqəti atəşkəsin daha iki gün uzadıla biləcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Misir Prezidentinin baş müşaviri Diaa Raşvan bildirib.

Onun sözlərinə görə, Qahirə və Doha İsrail və HƏMAS arasında davam edən atəşkəsin daha iki gün uzadılmasını təmin etməyə çox yaxındır.

Bildirilib ki, atəşkəs iki gün uzadılacağı təqdirdə, HƏMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcək.