Finlandiya hökuməti Rusiya ilə sərhədi keçən insanların sığınacaq ərizələrini qəbul etməyi dayandırmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə ən böyük yerli qəzet Helsingin Sanomat yazıb.
“Hökumət sığınacaq axtaranlar üçün şərq sərhədini tamamilə bağlamağa hazırlaşır. Məqsəd bu təkliflə bağlı tezliklə qərar qəbul etməkdir”, - qəzet yazır.
Nəşrin qeyd etdiyi kimi, Finlandiyanın maliyyə naziri Riika Purra bazar günü öz bloqunda yazıb: “Başqa variantımız yoxdur. Sərhəddə heç bir hiylə kömək etməyəcək”.
Xatırladaq ki, noyabrın 18-də Finlandiya hakimiyyəti Rusiya tərəfdən ölkəyə daxil olan qaçqın axını ilə əlaqədar cənub-şərq sərhədindəki dörd keçid məntəqəsini üç ay müddətinə bağlamışdı.
Noyabrın 22-də və dekabrın 23-dək daha üç keçid məntəqəsi bağlanıb.
Yalnız bir, ən şimalda yerləşən "Raya-Yosepi" fəaliyyətdədir.