Bolqarıstan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Şimali Makedoniyada keçiriləcək iclasına səfəri üçün öz hava məkanını açıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova məlumat verib.
"Lavrovun təyyarəsinin Bolqarıstanın hava məkanından keçməsi ilə bağlı notamıza müsbət cavab verilib. Bolqarıstanın Xarici İşlər Nazirliyi rəsmi olaraq nazirimizə ölkənin hava məkanında uçmasına icazə verildiyini bildirib", - Mitrofanova bildirib.