Aİ diplomatiyasının rəhbəri Josep Borrell "sabah öldürüləcək" insanlara humanitar yardım göstərməyi mənasız hesab edir.
"Unikal" xəbər verir ki, siyasətçi Yaxın Şərq münaqişəsinin həlli üçün konkret addımlar atmağa çağırıb.
"Biz mülki əhalinin əzabını yüngülləşdirməliyik. Bunun üçün isə humanitar yardımın həcmini artırmalıyıq. Amma ertəsi gün öldürüləcək birinə yemək vermək mənasızdır", - Borrell mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, yeni ölüm hallarının qarşısını almaq üçün bombardmanları dayandırmaq lazımdır. O, həmçinin qeyd edib ki, hazırda humanitar yardım kifayət deyil.