BMT-nin Baş katibi Antonio Quterreş Antarktidanı iqlim xaosunun yaratdığı buzların əriməsi səbəbindən “yatmış nəhəng” oyanışla müqayisə edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, baş katib əriyən buzaqlarla bağlı həyəcan təbili çalıb.
"Mən Antarktidadan yenicə qayıtmışam. Yatmış nəhəng iqlim xaosu səbəbindən oyanır. Son məlumatlara görə, sentyabrda Antarktidanın buzlaq sahəsi ilin bu vaxtı üçün orta göstəricidən 1,5 milyon kv. km az olub. Bu da təxminən Portuqaliya, İspaniya, Fransa və Almaniyanın birləşmiş ərazisinə bərabərdir. Bunu hər kəs bilməlidir: Antarktidada baş verənlər Antarktidada qalmır. Biz bir-biri ilə əlaqəli dünyada yaşayırıq", - deyə Quterreş bildirib.
O qeyd edib ki, temperaturun artması nəticəsində buzların əriməsinin nəticələri bütün dünyada sahilboyu yaşayış məskənlərini, həmçinin “qida və su təhlükəsizliyini” təhdid edir.