HƏMAS-ın sərbəst buraxdığı Danielle adlı israilli qadının yazdığı məktub gündəmə çevrilib.
"Unikal" xəbər verir ki, Danielle əsirlikdə olarkən Həmas əsgərlərinin onunla və qızı Emiliya ilə çox yaxşı rəftar etdiyini qeyd edib.
"Son bir neçə həftədir məni müşayiət edən generallara... deyəsən sabah yollarımızı ayıracağıq, amma sizə ürəkdən təşəkkür edirəm. Qeyri-adi insanlığa görə minnətdaram. Qızım Emiliyaya göstərdiyini xüsusi diqqətə görə təşəkkür edirəm. Siz sanki onun qəyyumları idiniz. İstənilən vaxt onu otağınıza dəvət ediriniz. O hiss edirdi ki, siz sadəcə dost deyil, həm də əsl mehriban, yaxşı ürəkli sevilən birisiniz. Sayənizdə qızım özünü evdəki kimi hiss etdi.” O, Qəzzada özünü kraliça kimi görürdü”.
Qeyd edək ki, HƏMAS ilə İsrail arasında 4 günlük müvəqqəti atəşkəs və əsir mübadiləsi razılaşması 2 gün daha uzadılıb.