Biz Rusiyanı bölməyə heç kəsə icazə verməyəcəyik.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Rus Xalq Kilsəsinin plenar iclasında çıxışında bildirib.O, Ümumdünya Rus Xalq Kilsəsinə dövlətçiliyi dəstəklədiyinə və möhkəmləndirdiyinə görə təşəkkür edib.
Qeyd edib ki, ️Rusiyanın suverenlik və ədalət uğrunda döyüşü milli-azadlıq xarakteri daşıyır:
"Rusiya indi daha ədalətli dünya nizamının yaradılmasında ön sıralardadır. Rusiya xüsusi əməliyyatda bütün dünyanın azadlığı uğrunda mübarizə aparır, hegemon diktaturası isə bərbad vəziyyətdədir" .
Putin vurğulayıb ki, güclü Rusiya olmadan möhkəm dünya nizamının qurulmaıl mümkün deyil.
"Rusofobiya və digər irqçilik və neonasizmin formaları Qərb elitasının rəsmi ideologiyasına çevrilib. Ukraynada baş verənlər təkcə ruslara qarşı deyil, Rusiyanın bütün xalqlarına qarşı yönəlib. Qərbə böyük Rusiya lazım deyil. Qərbdə Rusiyanı parçalayıb talamaq istəyirlər. Rusiya onun işlərinə hər hansı kənar müdaxiləni təcavüz kimi qiymətləndirir və buna uyğun reaksiya verəcək. Rusiyanın rəqabət üstünlüyü müxtəliflikdədir, bu ümumi irsdir və qorunmalıdır", deyə Rusiya prezidenti bildirib.